Yeni model “Volkswagen Tayron” - FOTO

Yeni model “Volkswagen Tayron” və yeni model “Passat” “plug-in” hibrid avtomobilləri “Formula-1” Azərbaycan Qran-prisində görünüb.
Dünya ölkələrinin diqqətlə izlədiyi 2023 “Formula-1” Azərbaycan Qran-prisi bu il də maraqlı və xoş təəssüratlarla yadda qaldı. Xüsusilə də avtomobil sektorunun eko-dost seqmenti hesab olunan “Volkswagen” “plug-in” hibrid modellərinin bu turnirdə yarışa nəzarət avtomobilləri olaraq yer alması ekoloji cəhətdən təmiz və təhlükəsiz olan bu modellərin önəminin qlobal miqyasda getdikcə daha da artdığından xəbər verir.
2023 “Formula-1” Azərbaycan Qran-prisində “Volkswagen” brendinin çox sevilən və xüsusən də bu il avtomobil həvəskarlarının özəlliklə maraq göstərdiyi yeni model “Tayon” “plug-in” hibrid və yeni model “Passat” “plug-in” hibrid modellərinin bu mötəbər turnirə kifayət qədər dəyər qatdığını əminliklə deyə bilərik.
Bu avtomobillərin hər 100 km üzrə minimal karbon emissiyası, yanacağa daha çox qənaət etməsi, çoxfunksiyalı idarəetmə sistemi, təhlükəsizliyi onların müasir tələblərə uyğun olmasından xəbər verir. Turnirin yarış avtomobilləri qismində çıxış edən “Volkswagen Tayron” “plug-in” hibrid və “Passat” “plug-in” hibrid çevik manevr imkanları ilə izləyicilərin daim diqqətindədir.
Hər zaman müştəri məmnuniyyətinə önəm verən “Volkswagen Azərbaycan” istehlakçıların bu avtomobilləri asanlıqla əldə edə bilməsi üçün yeni model “Tayron” “plug-in” hibrid və yeni model “Passat” “plug-in” hibrid modellərini tələblərə uyğun satış, kredit, lizinq və barter şərtləri əsasında təklif edir.
Texniki servis heyətinin yüksək ixtisaslı ustaları avtomobillərə yüksək səviyyəli texniki xidmətin göstərilməsini həyata keçirir. (oxu.az)
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










