Banner

Qatara etinasız yanaşan sürücülər və ağır nəticələr - FOTO - VİDEO

Avtosfer Foto 22 Yanvar 2025 11:00 Oxunub 336
Qatara etinasız yanaşan sürücülər və ağır nəticələr - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünyada hər il minlərlə dəmir yolu qəzası baş verir. Bu qəzalar çox vaxt ciddi insan tələfatı ilə nəticələnməsə də, fəsadları böyük olur. Qatar avtomobillə toqquşduqda həmin xətdə hərəkət azı 1 saat dayandırılır. Bu da çox böyük həcmdə ləngimə və iqtisadi itkilərə səbəb olur. Bəzən də zədələnən infrastrukturu bərpa etmək etmək üçün günlərlə çalışmaq lazım gəlir.

Avtosfer.az xəbər verir ki, bütün ölkələrdə dəmir yolu ilə bağlı vahid, beynəlxalq prinsip var: qatar, teplovoz, parovoz, drezin və digər relsli vasitələr hərəkət üstünlüyünə malikdir. İstənilən avtomobil sürücüsü həm tənzimlənən, həm də tənzimlənməyən keçiddə qatarı buraxdıqdan sonra keçə bilər.

Lakin təcrübə göstərir ki, dünyanın əksər ölkələrində həm tənzimlənən, həm də tənzimlənməyən keçidlərdə çox sayda qəza baş verir. Buna başlıca səbəb sürücülərin intizamsızlığı və tələskənliyidir. Ancaq bir fakt yerində qalır ki, keçidlərdə baş verən toqquşmalara görə maşinist heç bir halda məsuliyyət daşımır. Bir çox ölkədə məhkəmə və polis belə toqquşmalar zamanı sürücülərin (onların varislərinin) maşinistlərə və dəmir yolu şirkətlərinə qarşı iddialarını ümumiyyətlə icraata götürmür.

Avtosfer.az dünyanın müxtəlif ölkələrində dəmir yolu keçidlərində baş verən toqquşmaların videosunu təqdim edir.

Vüqar Yaşaroğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh