Sumqayıtda oğurlanan maşını Bakıda yol polisləri aşkarladı - FOTO

Bir neçə gün öncə Sumqayıt şəhərində “Mercedes” markalı, 90-NJ-540 dövlət nömrə nişanlı avtomobil oğurlanıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə həmin şəxsin saxlanılması üçün keçirilən əməliyyat zamanı məlum olub ki, avtomobil Heydər Əliyev prospekti ilə hərəkətdədir. Avtomobilin saxlanılması üçün göstəriş verilib, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının müşayət eskort bölüyünün komandiri, polis polkovnik leytenantı Mübariz Həsənəliyev və polis baş serjantı Raqif İsgəndərov həmin nəqliyyat vasitəsini saxlatdırıb. Saxlanılan zaman məlum olub ki, avtomobili idarə edən sürücü Kərimov Mir Hüseyn tək deyil, yanında qardaşı Kərimov Mir Heydər də var. Hər iki şəxs oğurladıqları avtomobillə birlikdə saxlanılaraq Nizamı rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verirlib. Araşdırmalar zamanı məlum olub ki, qardaşlardan biri əvvəllər də oğurluq etdiyinə görə məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO















