Dəmir yolunu qulaqlıqla keçən qadını qatar belə vurdu - DİQQƏTLİ OLUN - REAL VİDEO

Son zamanlar qulaqlıqla musiqi dinləyərək yolda hərəkət etmək adi hala çevrilib. Lakin bu vərdiş xüsusilə tramvay yollarında ciddi təhlükələr yaradır. Səs-küylü şəhər mühitində qulaqlıq istifadə edən insanlar ətrafdakı xəbərdarlıq siqnallarını eşitməkdə çətinlik çəkir. Bu isə qəzalara və ağır nəticələrə gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, tramvay yollarında ən böyük təhlükə onların metal relslər üzərində səssiz hərəkət etməsidir. Piyada qulaqlıq taxdığı zaman tramvayın yaxınlaşdığını hiss etməyə bilər. Üstəlik, tramvaylar avtomobillər kimi ani dayana bilmir. Bu səbəbdən qəfil ortaya çıxan təhlükəyə reaksiya vermək çətinləşir.
Mütəxəssislər bildirirlər ki, tramvay yollarını keçərkən və ya insanların sıx olduğu küçələrdə qulaqlıqdan istifadə etmək təhlükəlidir.
Sürücülər və piyada təhlükəsizliyini təmin etmək üçün diqqətli olmalı, qulaqlıqla gəzərkən səs səviyyəsini minimuma endirməli və ətrafdakı səsləri eşitmək üçün daim ayıq-sayıq qalmalıdırlar.
Mütəxəssislər, həmçinin şəhər infrastrukturu ilə bağlı maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayır. Xüsusilə, tramvay yolları və piyada keçidlərində xəbərdarlıq lövhələrinin artırılması, piyadaların təhlükəsizliyi ilə bağlı sosial kampaniyaların aparılması təklif edilir.
Unutmayın! Qulaqlıq taxaraq yolda hərəkət etmək sizi təhlükəli vəziyyətə sala bilər. Tramvay yollarını keçərkən diqqətli olun, ətrafınızdakı səsləri dinləyin və təhlükəsizlik qaydalarına əməl edin.
Eltac Zülfüqaroğlu
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












