Prospektdə xaos: Toy korteji yolu bağladı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan sürücülər lentə alınıb.
Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək ətraflı məlumat verib. Hadisə aprelin 30-da saat 16:45 radələrində qeydə alınıb. Belə ki, toy kortejindəki 99-CN-321 dövlət nömrə nişanlı “Mercedes” markalı, 77-DT-121 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillər ikinci zolaqda, 99-EA-741 dövlət nömrə nişanlı “KIA” markalı, “Toyota” markalı, “Chevrolet” markalı, “Mercedes” markalı, “Porsche” markalı, “Range Rover” markalı və ən digər avtomobillər isə ən sağ zolaqda park edilib. Nəticədə onlar həmin zolaqlar üzrə hərəkət edən sürücülərin hərəkətinə əngəl törədiblər.
Təlimçi vəziyyətə müdaxilə edərək siqnal vasitəsilə qayda pozuntusunu diqqətə çatdırıb və yolun açılmasını tələb edib. Bu zaman tərəflər arasında qısa mübahisə də yaşanıb.
Daha sonra qayda pozan sürücülər avtomobillərini zolaqdan çıxararaq hərəkət istiqamətini dəyişib və ərazini tərk ediblər. Videogörüntülərdə yalnız ən sağ zolağın Böyükşor bulvarı istiqamətinə dönmə üçün nəzərdə tutulduğu halda həmin zolağın da zəbt edildiyi aydın görünür.
Bu səbəbdən sərnişin daşıyan avtobus sürücüsü məcburi manevr edərək digər zolağa keçmək zorunda qalıb və qəza riski ilə üzləşib.
Nərmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












