Yol polisini kapotda sürüyən vəsiqəsiz şəxs film kimi hadisə törətdi - VİDEO

Hüquq-mühafizə orqanlarına tabesizlik göstərən sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində qeydə alınıb.
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Məlumata görə, sərxoş vəziyyətdə olan sürücü Dövlət Yol Polisi əməkdaşının "saxla" əmrinə tabe olmayaraq onu idarə etdiyi avtomobilin kapotunda bir neçə metr sürüyüb. Hadisə yerindən qaçmağa nail olan şəxs avtomobili yanacaqdoldurma məntəqəsində tərk edərək taksi ilə Lyubertsi şəhərinə yollanıb. İzləri itirməyə çalışan şübhəli şəxs orada başqa bir nəqliyyat vasitəsinə əyləşib və həmin avtomobilin dövlət qeydiyyat nişanlarını söküb. Lakin həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) yoxdur. Sürücü sərxoşluq testindən keçməkdən imtina edib.
Faktla bağlı araşdırma davam edir, saxlanılan şəxsi ağır bədən xəsarəti yetirməyə cəhd və polis əməkdaşına qarşı zorakılıq maddələri ilə cinayət işi açılıb.
Namiq Musayev
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO












