100-dən artıq qazi evə buraxılıb

Bakıda qısa müddətdə inşa edilərək Vətən müharibəsi qazilərinin istifadəsinə verilən Sanator Kurort Reabilitasiya Mərkəzində indiyə qədər 200-dən çox qazimizə xidmət göstərilib.
Avtosfer.az bildirir ki, bunu Sanator Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru Mürsəl Mürsəlov deyib.
O bildirib ki, bunlardan 100-nəfəri müalicələrini bitirdikdən sonra öz ailəsinə və ya xidməti yerinə yola salınıb: "Hazırda səhiyyə ocağımızda 70-ə yaxın qazimiz müalicə alır. Sanator-Kurort Reabilitasiya Mərkəzində qazilərimiz üçün bir çox xidmətlər göstərilməkdədir. Bunlardan bir neçəsini qeyd edə bilərəm. Nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidro-masaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti (əgər nitq qusurları varsa) təşkil olunub. Onu da qeyd edim ki, Mərkəz qazilərimizin reabilitasiyasında istifadə olunan ortopedik vasitələr və geniş spektorlu "Giger" adlı cihazla təmin edilib.
Mərkəzimizə əsasən kəllə-beyin, onurğa-beyin travmaları, dayaq hərəkət və periferik sinir sisteminin zədələnmələrindən sonrakı vəziyyət diaqnozları (paraplegiya , monoplegiya, tetraplegiya və müxtəlif növ kontrakturalar) ilə göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Belə ki, qazilərimizdə nevrotik pozulmalar və psixoloji travmalar daha çox müşahidə olunur".
Mərkəz rəhbəri bildirib ki, Səhiyyə Nazirliyinin Sanator Kurort Reabilitasiya Mərkəzində qazilərimizə göstərilən xidmətlər içərisində nevropatoloqun və psixoloqun müalicəsinə xüsusi önəm verilir. Müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur.
Yayda avtomobil sürənlər diqqətli olsun: Bu səhvi etməyin!
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil










