27 illik həsrətə son - cəbrayıllılar evlərinə qayıdırlar - VİDEO

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 ilə yaxındır işğal altına idi. Bu müddət ərzində Azərbaycanın igid oğulları bu yolda şəhid oldular və millətə torpaqlarının nə vaxtsa qaytarılacağı ümidini verdilər.
Belə ki, Azərbaycan Ordusunun iradəsi, gücü və əzmkarlığı sayəsində son on gün ərzində ölkəmizin tarixi əraziləri, ermənilər tərəfindən işğal edilmiş torpaqlar azad edilir. Bu gün Azərbaycan Ordusu tarix yazır, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün öz ərazisində antiterror əməliyyatı keçirir.
Bu günlərdə torpaqları azad edilənlər üçün toydur, bayramdır. Oktyabrın 4-ü cəbrayıllılar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Ordusu onların 27 illlik həsrətinə son qoyub. Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad edilib. Bu isə Cəbrayıl sakinlərinin öz elinə, obasına, tarixi ata-baba yurduna qovuşması deməkdir. Bu həm də torpaqlar üçün canlarından keçən şəhidlərin, Azərbaycanın igid oğullarının ruhlarının şad olması deməkdir.
“Report” 27 il bundan əvvəl evləri, torpaqları işğal edilmiş, Vətən həsrəti ilə yaşayan cəbrayıllılarla danışıb.
Həmin videoreportajı təqdim edirik.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












