28 il erməni vəhşiliyinin izlərini silə bilməyib: Qubadlı zəfəri böyük qayıdışı müjdələyir - VİDEO

Erməni işğalından azad edilən Qubadlı sakinləri bu hadisənin sevincini yaşayırlar.
Avtosfer.az xəbər verir ki, Baku TV-nin əməkdaşları ilə söhbətdə onlar 27 ildir unuda bilmədiyi erməni vəhşiliyindən danışıblar.
Rəşadətli Ordumuz sayəsində 25 oktyabr Qubadlı tarixinə zəfər günü kimi əbədi həkk olundu. 28 ildir məcburi köçkün həyatı yaşayan Əhmədovlar ailəsi bu gün Qubadlının azad olunması xəbərinə sevinir.
Raya xanım danışır ki, ermənilər onun gözü qarşısında bacı və qardaşlarına işgəncələr veriblər. Bütün bacı-qardaşlarını amansızlıqla öldürən ermənilər Raya xanıma da acımayıblar. Ermənilərin onun əlinə açdığı atəş artıq 28 ildir ki, onun həyatında iz qoyub.
Əhmədovlar ailəsinin başçısı Bəşir kişi isə son nəfəsinə qədər Qubadlının həsrəti ilə yaşayıb. Lakin ona Qubadlını görmək qismət olmayıb.
Bu gün Bəşir kişinin vəsiyyətini yerinə yetirmək üçün ailə Qubadlıya qayıtmaq üçün günləri sayır. Böyük qayıdışa isə çox az qalıb.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












