"30 nəfərlə düşmənin 200 nəfərlik qüvvəsini və texnikasını məhv etdik" - VİDEO

Mustafayev Fəqan Füzuli oğlu Kürdəmirdə doğulub, boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi-hərbi xidmətə yollanıb və 2016-cı ildə xidmətini bitirərək tərxis olub.
Sentyabrın 27-si başlayan müharibə zamanı Vətənin dar günündə onun müdafiəsinə qalxan neçə-neçə igid oğullarımız könüllü olaraq ön cəbhəyə yollandı. Fəqan da belə igidlərdən biridir.
F.Mustafayev ilk olaraq Xocavənd istiqamətində gedən ağır döyüşlərdə olub. Daha sonra Laçın koridorunda ermənilərin hərəkət xəttinin məhv edilməsində iştirak edib. Həmin döyüşləri qürurla xatırlayan Fəqan deyir ki, 30 nəfərlik heyətlə düşmənin 200 nəfərlik canlı qüvvəsini və bir sıra texnikasını məhv etdik.
F.Mustafayev Ali Baş Komandan tərəfindən Şuşa, Füzuli, Xocavəndin azad edilməsi uğrunda və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Qeyd edək ki, Mustafayevlər ailəsi şəhid ailəsidir - Fəqanın əmisi də 1-ci “Qarabağ müharibəsi” zamanı könüllü olaraq ön cəbhəyə yollanıb və böyük şücaətlər göstərərək qəhrəmanlıqla şəhid olub.
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










