Rəsmi qiyməti 500-2500 manat olan avtomobil nömrələrinin “qara bazar”da qiyməti

Xəbər verdiyimiz kimi, avtomobil qeydiyyat nişanlarının satışı ilə bağlı qanunsuzluq ciddi narazılıq doğurur. Sosial şəbəkələrdə nömrələrin qanundan kənar, müəyyən məbləğ qarşılığında satılması geniş müzakirə edilir. Əsasən, qiyməti baha olan xüsusi nömrələrin satışı ilə bağlı belə hallar çoxdur.
Bəs xüsusi nömrələrin satışı necə həyata keçirilməlidir? Bu prosesdə şəffaflığı qorumaq üçün hansı addımlar atılmalıdır? Qanun bu məsələdə necə tənzimlənməlidir və ona niyə əməl edilmir?
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Zaur Quliyev sözügedən nömrələrin satışı ilə bağlı qanunsuz halların olduğunu bildirib:
"Nömrələrin satılması ilə bağlı konkret rüsumlar var və satış qiyməti bu rüsumlara əsasən müəyyən edilir. İndiki halda ərizə yazmaqla nömrəni sifariş etmək və rüsumu ödəməklə mövcud nömrəni almaq olar. Rüsumlar isə avtomobil qeydiyyat nişanındakı müəyyən rəqəmlərə və rəqəmlərin kombinasiyasına görə dəyişilir. Rəqəmlər eyni olsa, yaxud nömrədəki hərflər eyni olacağı halda rüsum artır. Rüsumlar 500-2500 manat arasında dəyişir. Amma "qara bazar”da 90 min manata satılan nömrələr də var. Bu, qanunla qadağandır, amma bunun qarşısını almaq üçün icra mexanizmi yoxdur”.///fins.az
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO












