600 ailə Hadruta köçmək istəyir

Göyçə mahalı Basarkeçər rayonu (Ermənistan Respublikası Vardenis rayonu) Nərimanlı kəndindən 1988-ci ildə qaçqın düşən 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilmiş Hadrut qəsəbəsinə köçmək istəyir.
Yenisabah.az xəbər verir ki, bu barədə kənd sakinləri adından Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət olunub.
“Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin siyasi və diplomatik arenadakı fəaliyyətinizi, daxili və xarici siyasətinizi dəstəkləyir, rəhbərliyiniz altında Rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbəsini alqışlayırıq. Qarabağda aparılan məskunlaşma, abadlıq işlərinin inkişafı üçün mümkün olanı etmək və Sizin məcburi köçkünlərə məskunlaşmaya münasibətlərini aydınlatmaq üçün etdiyiniz müraciətə söykənərək bütöv bir kənd olaraq Qarabağın Hadrut qəsəbəsinə köçmək, orada yaşamaq istəyimizi bildiririk. 1988-ci il hadisələrində öz torpaqlarından çıxarılmış Nərimanlı kəndində o dövrdə 600 ailə olub, hazırda 1000 ailə civarındadır.
Kəndimiz birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda 18 şəhid verib, bir igidimiz ölumundən sonra Milli Qəhrəman adına, bir igidimiz isə Azərbaycan Bayrağı ordeninə layiq görülüb. İkinci Qarabağ - Vətən Müharibəsində Nərimanlı kökənli 70 gəncimiz döyüşlərdə iştirak edib, 3 övladımız şəhid olub, 7 həkimimiz ön cəbhədə çalışıb. Sizin sərəncamlarınızla onlar çoxsaylı orden və medallarla təltif olunublar.
Hazırda kəndin insanları əsasən Bakı, Gəncədə məskunlaşsa da digər regionlara və xaricə səpələnib. Bizim Sizdən xahişimiz budur ki, dağ Qarabağın tezliklə məskunlaşması, dərin kökləri olan adət - ənənələrimizin itməməsi, insanlarımızın yadlaşmaması naminə 600-ə yaxın Nərimanlı ailəsinin Hadrut qəsəbəsində məskunlaşmasına sərəncam verəsiniz”.
Avtomobili olanlara BƏD XƏBƏR - VİDEO
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO










