900 minlik avtomobilini hədiyyə verən azərbaycanlı bloqer özünə “Gelandewagen” aldı - FOTO

Xəbər verdiyimiz kimi, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş adamı Hüseyn Həsənov dəyəri 900 min manat qırmızı rəngli lüks "Cullinan - Rolls-Royce" markalı avtomobilini mentorluq üçün müəllimi Ayaz Şabutdinova hədiyyə edib. Hüseynin bu addımı isə onu sevməyən "heyter"lərin ürəyincə olub.
Avtosfer.az bizim.media-ya istinadən bildirir ki, bloqer onu gözdən salmağa çalışan izləyicilərinə sosial şəbəkə hesabı vasitəsi ilə səslənərək yeni aldığı lüks avtomobili ilə "dağ çəkib". Hüseyn yaşıl rəngdə dəbdəbəli "Mercedes-Benz G-Klasse" markalı nəqliyyat vasitəsinə sahibləndiyini açıqlayıb.
Şəxsi qarajını bəzəyən avtomobillərin önündə fotolar çəkdirən Həsənov şəkilləri 26,8 milyonluq "Instagram" səhifəsində paylaşaraq "Mənim qızlarım. Buna inanmaq çətindir, amma bu, şəxsi qarajımla olan ilk postumdur. Yeni "4x4 yaşıl "hulk"", ailəyə xoş gəlmisən" sözlərini yazıb.
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?



















