AAYDA iriqabaritli və ağırçəkili avtomobillərin sahiblərinə və sürücülərinə müraciət etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, “İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət maşrutunun müəyyən olunmasına görə xidmət haqqı məbləği”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 avqust tarixli qərarı əsasında yüklərin qabarit və çəkisi, yaxud texniki göstəriciləri müvafiq normativlərlə müəyyənləşdirilmiş məhdudiyyətlərdən kənara çıxan avtonəqliyyat vasitələrinin hallardan biri və ya bir neçəsi olduqda mühafizə və müşayiət avtomobili ilə müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilməklə “Avtomobil nəqliyyatı haqqında” Qanunun 48-ci maddəsinin 48.1-1.1-ci və 48.1-1.2-ci yarımbəndlərinə uyğun olaraq “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsi və Baş Dövlət Yol Polisi avtomobilləri ilə müşayiət edilməlidir.
İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin müvafiq nəqliyyat vasitələri ilə müşayiət olunması ilə bağlı məlumatların müvafiq qurumlara təqdim edilməsi üçün həmin orqana müraciət edilməldir.
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ










