Ağdamda maddi-mədəniyyət nümunələri Ermənistana daşınıb - FOTO

Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin Ermənistana daşınılması faktı aşkarlanmışdır.
UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına əsasən Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir. Ermənistanın uzun illərdir davam etdirdiyi bu əməlləri beynəlxalq hüquqi məsuliyyət yaradır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu məsələləri ciddi nəzarətdə saxladığını bildirir və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.
Mədəniyyət Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyətidir və mənşəyindən asılı olmayaraq onların ən yüksək səviyyədə qorunması təmin ediləcəkdir.

Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












