Ağdamın Böyükbəyli kəndi artilleriya atəşinə tutulub - FOTO

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini artilleriya qurğularından atəşə tutmağa davam edir. Nəticədə mülki obyektlərə, dinc əhalinin əmlakına külli miqdarda ziyan vurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin növbəti hədəfi rayonun Böyükbəyli kəndi olub. Oktyabrın 6-da günorta saatlarında kənd artilleriya atəşinə tutulub. Düşmənin artilleriya atəşi nəticəsində təsərrüfatına ziyan dəyən Valeh Qasımov deyib: "Evdə oturmuşdum. Birdən güclü partlayış səsi eşitdim. Bayıra çıxanda gördüm ot tayası yanır. Tayada 1500 ot bağlaması var idi. Bundan başqa bir inək tələf olub, biri isə yaralıdır".
Mərminin həyətə düşməsi nəticəsində yaralanan Sabir Rüstəmov isə deyib: "Günorta idi. Tövlədə heyvanlara su verdim. Sonra ot vermək istəyəndə mərminin səsini eşidib tövlənin qabağında yerə uzandım. Partlayışdan sonra gördüm yaralanmışam, qolumdan qan axır. Xəstəxanada qəlpəni çıxardılar. Mərminin partlaması nəticəsində tövlə, su çəni yararsız hala düşdü, 4 heyvan tələf oldu, qalanları yaralandı. Evimizə də ziyan dəyib. Ermənilər dinc əhalini atəşə tutmaqla öz xislətlərini göstərirlər. İnanıram ki, qüdrətli ordumuz sayəsində tezliklə erməni bəlasından xilas olacağıq".
Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəfə alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












