Alınmaz qalanın mətin komandiri!

Şiddətli döyüşlərin getdiyi bir vaxtda yaralansada tabeliyindəki əsgər və zabitləri döyüş meydanında tək qoymayan komandirimiz!
Gəncə şəhərindən olan bölük komandiri baş leytenant Mətin Abdinov Ordumuzun döyüş əməliyyatlarında qəhrəmanlıq sücaətləri göstərən hərbiçilərimizdəndir.
2-ci Qarabağ Vətən müharibəsinin başladığı ilk günlərdə Mətin də yaşadığı region üzrə hərbi komissarlığa müraciət etmiş və könüllü olaraq cəbhəyə getmişdir. Ordumuzun Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşa şəhəri istiqamətlərində gedən döyüş əməliyyatlarında xüsusi qəhrəmanlıq şücaətləri göstərərək bölük komandiri kimi vuruşmuşdur.
Vətən müharibəsinin ilk günü qəlpə yarası alaraq yaralansada, lakin buna baxmayaraq, o, müalicəsini davam etdirməkdənsə döyüşməyi üstün tutmuşdur. Şiddətli döyüşlərin getdiyi bir vaxtda tabeliyindəki əsgər və zabitləri tək qoymadan döyüşlərdə iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib.
Azərbaycan Ordusunun çoxsaylı igid zabitlərindən biri olan Mətin Abdinov, əks-hücum əməliyyatı zamanı ikinci dəfə Şuşa şəhərində düşmənin minaatanlarının zərbəsi nəticəsində çoxlu sayda qəlpə yaraları alaraq ağır yaralanıb. Hazırda müalicəsi davam etdirilir.
Mətin Abdinov Şuşaya ilk qədəm qoyan komandirlərdəndir. İstərdik ki, hər kəs igid qəhrəmanlıq şücaəti göstərən qəhrəmanımızı tanısın. Şuşanın və digər ərazilərimizin işğalcılardan azad olunmasında baş leytenant Mətin Abdinov kimi igid qəhramanlarımıza borcluyuq! Biz onlarla fəxr edərək qürur duyuruq!
Yaşasın Azərbaycan! Qarabağ bizimdir!
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?










