Almaniya və Fransa benzindən yaxa qurtara bilmir - Elektromibilə tam keçid ləngiyəcək

Avropa gələn ildən etibarən avtomobillərdən atmosferə atılan zərərli qazlar üçün normanı hər 100 kilometr üçün 118 qramdan 94 qrama endirəcək. Qərara əməl etməyən şirkələri milyonlarla avro cərimə gözləyir. Amma məsələnin başqa tətəfləri də var.
Avtosfer.az xəbər verir ki, rəsmi Paris artıq məsələnin daha bir il təxirə salınmasını təklif edib. Fransa hökuməti Renault və Stellantisin səhmdarıdır.
Almanlar da öz qonşuları ilə bu məsələdə həmfikirdirlər. Ötən həftə Almaniyanın dövlət katibi Bernhard Kluttiq bildirib ki, “dekarbonizasiya lazımdır, amma avtomobil sənayesini də xilas etmək şərtdir”.
Hər 2 ölkənin nazirləri elektromobilə keçid üçün istehsalçıların dəstəklənməsini təklif edirlər. Onlar həmçinin daxiliyanma mühərrikləri üçün müəyyən edilmiş son tarixin bir qədər də geri çəkilməsini istəyirlər. Fransa bu ilin noyabrındakək satılacaq təzə maşınların 23%-nin elektromobil olmasını qarşıya məqsəd qoysa da, hələ ki nəticə 5%-ə çatıb.
İşin maraqlı tərəfi isə hər 2 ölkənin ümumi maraqları ilə yanaşı, razılaşa bilmədiyi məqamlar da mövcuddur. Məhz bu amil onların birləşərək Avropa təsisatlarına təsir göstərməsinə mane olur.
Ətraf mühiyin mühafizəsi təşkilatları isə hər 2 ölkənin mövqeyini pisləyir.
Vüqar
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










