Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”

“Biz bu sənədi imzaladıq, çünki bir neçə min hərbçi mühasirəyə düşə bilərdi, Xankəndini qorumaq üçün artıq heç kim yox idi”.
Armenianreport.com-un məlumatına görə, bu sözləri Qarabağdan qovulmuş separatçı rejiminin başçısı Araik Arutunyan “Facebook” hesabında canlı yayım zamanı deyib.
“Bu gün satqınları tapmağa çalışan siyasətçilər qoy öz övladlarının, qohumlarının döyüşlərdə iştirakı ilə bağlı məlumatları açıqlasınlar. Selfi çəkərək, hər kəsi aldatdılar, guya cəbhədə olduqlarını göstərdilər. Ancaq əslində orada deyildilər”, - deyə Araik Arutunyan bildirib.
O, qeyd edib ki, oktyabrın 3-də “çağırış edib, yalvarıb ki, cəbhəyə yollanmaq lazımdır, canlı qüvvə çatmır”, lakin tək qalıb.
“Hadrutdan 1500 nəfər erməni onlarla diversantın qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”, - deyə A.Arutunyan bildirib.
O, həmçinin keçmiş, o cümlədən Şuşadakı müraciətlərindən hissələri təqdim edib və qeyd edib ki, bunlar satqınları və “torpaqları satanları” axtarmamaq üçün edilib. İlk epizod azərbaycanlıların Talışı aldığı və Suqovuşana qədər gəlib çıxdığı zaman oktyabrın 3-də çəkilib.
Onun sözlərinə görə, həmin vaxt hərbçilərin bir hissəsi təşviş içində geri çəkilib və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmayıb. Bəzi qeyri-nizami birləşmələr ön xətt mövqelərini tutmaqdan imtina ediblər.
“Mən dedim ki, öndə gedəcəyəm, onlar isə imtina etdilər”, - deyə A.Arutunyan qeyd edib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












