Toy karvanında vəsiqəsi olmayan "avtoş" saxlanılıb - FOTO

Astarada toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin şəxsin Astara şəhər sakini Mahir Nurəlizadə olduğu müəyyən edilib. O, sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21065” markalı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq hərəkətləri edərək təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə M.Nurəlizadə 500 manat məbləğində cərimə edilib.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?













