Banner

“Qəssabxana və ‘moyka’ dərsə konsentrasiyamızı pozur” - Məleykə Abbaszadəyə müraciət etdilər

Gündəm 26 Noyabr 2026 09:41
“Qəssabxana və ‘moyka’ dərsə konsentrasiyamızı pozur” - Məleykə Abbaszadəyə müraciət etdilər
WhatsApp kanalımıza abunə olun

Bakı Dövlət Universitetinin (BDU) "C" korpusunda təhsil alan tələbələr universitetin yeni rektoru Məleykə Abbaszadəyə açıq müraciət ünvanlayıblar.

Avtosfer.az xəbər verir ki, “Azərbaycan Tələbələri” səhifəsində yayımlanan müraciətdə tələbələr tədris korpusunun ətrafındakı səs-küy və mövcud şəraitdən narazılıqlarını dilə gətiriblər.

Müraciətdə bildirilir ki, əvvəllər də bu barədə etirazlarını bildirsələr də, problemə əhəmiyyət verilməyib: “Biz dəyərli rektorumuza səsimizi duyurmağa çalışırıq. BDU-nun "C" korpusunun tələbələri olaraq Məleykə xanımın bizi dinləyəcəyini və mövzu ilə yaxından maraqlanacağını bilirik. Düzdür, daha öncə də etirazımızı qeyd etmişdik, amma heç kim əhəmiyyət vermədi”.

Tələbələr vurğulayıblar ki, korpusun ətrafındakı obyektlər və avtomobil yolunun səs-küyü dərs prosesinə ciddi maneə yaradır: “Biz ixtisas seçimi edərkən o akademik mühiti bilirdik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hazırda təhsil aldığımız BDU-nun "C" korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Çünki bir tərəfdən magistralın səsi, digər tərəfdən qəssabxana və maşın yuma yeri (“moyka”) dərsə konsentrasiyamızı pozur və dərsimizin keyfiyyəti düşür. 3-4 aydır güclə dözürük buna, amma inşallah, Məleykə xanım bizim səsimizi duyar və problemimizə çarə tapar”./nocomment

Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh