Banner

"Sabah" - "Barselona" oyunu FACİƏ İLƏ BİTDİ

Hadisə 26 Noyabr 2026 09:48
"Sabah" - "Barselona" oyunu FACİƏ İLƏ BİTDİ
WhatsApp kanalımıza abunə olun

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Avtosfer.az xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.

Faktla bağlı araşdırma aparılır./teleqraf

FOTO QALEREYA
Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh