Sulutəpədə ölən 2 bacının xalası danışdı

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan iki azyaşlı bacı bir neçə gün fərqlə vəfat edib. Ailə uşaqların bir müddət ev şəraitində müalicə aldığını, ölümün isə qıcolma nəticəsində baş verdiyini iddia edir.
Avtosfer.az anews-a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova noyabrın 7-də, kiçik bacısı, 2017-ci il təvəllüdlü Nuranə isə noyabrın 23-də dünyasını dəyişib.
Hadisə ilə bağlı özünü uşaqların xalası Kəmalə kimi təqdim edən şəxs bildirib ki, bacılar xəstə olub və ev şəraitində müalicə alıblar.
Onun sözlərinə görə, ailə kasıb olduğu üçün uşaqları xəstəxanada müalicə elətdirə bilməyib.
Xala əvvəlcə uşaqların "yel xəstəliyi"ndən , daha sonra isə epilepsiyadan əziyyət çəkdiyini qeyd edib.
"Uşaqların hər ikisi qıcolmadan vəfat edib. İmkanımız olmadığı üçün xəstəxanada müalicə ala bilməyiblər. Ev şəraitində müalicə edirdik", – uşaqların xalası bildirib.
O əlavə edib ki, uşaqlardan birinə ölüm haqqında şəhadətnamə verilib, digərinin ölüm kağızı isə hələ alınmayıb.
Uşaqların fotolarda sağlam görünməsi ilə bağlı suala cavab verən xala xəstəliklərin sonradan üzə çıxdığını deyib.
Xala həmçinin bildirib ki, uşaqların atası polisə çağırılıb və heç kimdən şikayətçi olmadığını bildirib.
Uşaqların ölümünün həkim səhlənkarlığı ilə əlaqələndirilməsi barədə yayılan məlumatları təkzib edən xala onların anadangəlmə xəstəliklərinin olduğunu iddia edib.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, hər iki azyaşlının ölümü ilə bağlı həkiməqədər ölüm faktı qeydə alınıb.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, uşaqlar tibbi ekspertizadan keçirilməyib.
Məsələ ilə bağlı Baş Prokurorluğa sorğu göndərilsə də, qurumdan hələlik cavab verilməyib.
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO











