"Aston Martin DBX modeli S" indeksli “bərkgedən” versiyaya sahib olacaq

Aston Martin şirkəti DBX krossoverinin S indeksli “bərkgedən” versiyasını hazırlayır. Buna bu günlərdə casusların ümumi istifadə yollarında yaxaladıqları sınaq prototipi dəlalət edir. Şayiələrə görə, “bərkgedən” krossover 700 at qüvvəli 12-silindrli mühərriklə təchiz ediləcəkdir.
Aston Martin DBX modelinin kapotunun altında daha güclü mühərrikin olduğuna, prototip ilə standart krossover arasındakı dizayn fərqləri işarə edir. Məsələn, “bərkgedən” krossoverdə mühərrik bölməsinin daha effektiv soyudulması üçün daha iri hava girişləri və səsboğucu sisteminin dörd çıxış borusu var.
Hələlik isə, Aston Martin şirkəti DBX modelini Mercedes-AMG bölməsinin məhsulu olan 4,0-litrlik V8 biturbo mühərriki ilə buraxır. 550 at qüvvəsi hasil edən mühərrik doqquz pilləli “avtomat” ilə tandemdə çalışır. Bu tandem krossoveri 100 km/saat həddinə 4,5 saniyəyə sürətləndirir.
Aston Martin DBX S modelinə gəlincə isə, böyük ehtimalla, “bərkgedən” model ya 700 at qüvvəli V12 mühərriki, ya da gücü 730 at qüvvəsinə qədər artırılmış V8 aqreqatı ilə təchiz ediləcəkdir.
Beləliklə, yaxın gələcəkdə DBX modeli üç yeni modifikasiyaya sahib olacaqdır ki, onlardan biri yuxarıda göstərilən “bərkgedən” versiya, ikincisi isə qoşulan hibrid olacaqdır. Sonuncu versiya 2024-cü ildə bazara çıxacaq və tərkibinə 4,0-litrlik V8 mühərriki və elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz olunacaqdır.
Üçüncü versiyaya gəldikə isə, onu çox gözləmək lazım olmayacaqdır: ilin sonuna qədər 3,0-litrlik sıralı altısilindrli mühərrikin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz olunacaq DBX modeli debüt etməlidir. Hibrid krossover Mercedes-AMG bölməsinin avtomatik transmissiyası və tam ötürmə sistemi ilə təchiz ediləcəkdir.
Eyni zamanda, Aston Martin DBX modeli “daha aqressiv görünüşlü” kuzov da daxil olmaqla yeni kuzov növlərinə malik olacaqdır. Böyük ehtimalla, krossover kupeye bənzər versiyaya və uzunbazalı modifikasiyaya sahib olmalıdır. Beləliklə, 2024-cü ilə qədər Aston Martin DBX modeli altı fərqli versiyadan ibarət olan geniş ailəyə çevrilməlidir.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar













