"Atama deyin, oğlun kişi kimi şəhid oldu"

Başlığa çıxardığımız bu sözlər 22 yaşlı Orxan Şirinovun son sözləri olub.
Avttosfer.az kult.az-a istinadən xəbər verir ki, Orxan Elxan oğlu Şirinov 14 sentyabr 1998-ci ildə İmişlidə, Bəhrəmtəpə qəsəbəsində anadan olub. Ailənin üçüncü uşağı və tək oğlu olaraq dünyaya gəlib.
2015-ci ildə Bəhrəmtəpə qəsəbəsi Şəhid Rəhim Alışov adına tam orta məktəbdə təhsil alıb və 2016-cı ildə hərbi xidmətə çağırılıb, xidmətini Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yerinə yetirib.
Şəhidin bibisi Sənubər xanım danışır ki, Orxan ailənin sonbeşiyi idi, bu səbəbdən bütün ailənin və bütün qohumların sevimlisi olub. Şən, gülərüz, həm də mülayim bir gənc olduğu üçün dostları arasında da hər zaman çox sevilib.
İkinci Qarabağ müharibəsi başladığı zaman Orxan üç ay idi ki, nişanlanmışdı. Ali Baş Komandanın qismən səfərbərlik elanından sonra 29 sentyabr tarixində hərbi komissarlığa gedərək, cəbhəyə yollanıb. Eyni gün orta məktəbdə eyni sinifdə oxuduğu və çox yaxın dostu olan Elgün Əli oğlu Alışov da Orxanla bərabər cəbhəyə yollanıb. Elgün anasının tək övladı, atasız bir gənc olmasına baxmayaraq, cəbhədən yayınmayıb.
Orxan ilk olaraq Füzuli rayonu uğrunda döyüşə qatılıb. Məsuliyyətində olan pulemyot silahını qısa zamanda böyük diqqətlə istifadə etdiyi üçün "Pulemyotun canavarı", "PK-Orxan" ləqəblərini qazanır.
21 oktyabrdan sonra ailəsi Orxandan nə bir zəng, nə bir xəbər alır.
Komandirinin sonradan dediyinə görə, həmin ərəfədə gecə saatlarında Qubadlı rayonu uğrunda amansız bir döyüş başlayır. Orxanın birliyində pulemyot silahının mərmilərini daşıyan əsgərimiz yara alır.
Komandirinin "Şirinov, silahının başına keç" əmri ilə Orxan silahının mərmilərini də özü daşıyaraq, döyüşür.
O döyüşdə Orxan sinəsindən aldığı yarayla şəhidlik zirvəsinə ucalır.
Komandiri də yaralanır, Orxanın son sözlərini də ailəsinə komandiri çatdırıb:
"Komandir, atama deyin, oğlun kişi kimi şəhid oldu".
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO











