Avropa avtomobil sənayesində bitməyən böhran davam edir - Maqnezium qıtlığı

Avropa avtomobil sənayesi ilin əvvəlindən yarımkeçirici qıtlığı və satışların azalmasına görə ciddi çətinliklə üz-üzə qalıb. Bu günlərdə daha bir problem ortaya çıxıb. Söhbət maqnezium qıtlığından gedir. Avtosfer.az xəbər verir ki, proqnoza görə, 2023-cü ildə Avropada istehsal olunacaq avtomobillərin sayı 14 milyon ədədə enəcək. İndi isə maqnezium qıtlığı bütünlükdə avtomobil sənayesini təhdid edir.
Qıtlıq yenə də Çindən qaynaqlanır. Avropa ölkələri maqneziumun 95%-ni Çindən idxal edir. Bu ölkədə son 3 aydır hökm sürən enerji böhranına görə istehsal kəskin azalıb. Hasilatın azalması bazarda ciddi qıtlıq yaradıb. Bu səbəbdən maqneziumun 1 tonunun qiyməti yanvarda 2 min dollardan 10 min dollara yüksəlib. London Metal Birjasının son seansında qiymət 14 min dolları keçib. Avtomobil istehsalçıları bu qiymətə metal əldə edəcəkləri təqdirdə ziyanla işləyəcəklər. Maqneziumu əvəz edən materialı tapmaq üçünsə kimyaçılara uzun illər və böyük vəsait lazım gələcək.
Maqnezium poladdan 6, titandan 3 dəfə yüngündür. Ondan sürütnməyədavamlı və yüngül ərintilər əldə edilir. Bu ərintilərdən təkər diskləri, porşen, dirsəkli və qazpaylama vallarının istehsalında istifadə olunur. Başqa sözlə, maqneziumsuz mühərrik istehsalı mümkün deyil.
Maqneziumun ən çox tələb olunduğu sahə aviasiyadır. Qıtlıq təyyarə istehsalını da təhdid edir. Avtomobil istehsalçılarının ehtiyatı dekabradək kifayət edəcək. Təyyarə istehsalçılarının rezervi barədə məlumat məxfidir.
Nə qədər təəccüblü olsa da, maqneziumun aztapılan element deyil. Onun Yer qabığındakı həcmi dəmirdən çoxdur. Bu metalı utilizasiya yolu ilə də əldə etmək mümkündür.
Avtomobil və komplektləşdirici istehsalçıları məsələ ilə bağlı Avropa Komissiyasına müraciət ediblər. Müraciətdə qeyd olunur ki, Çinin təchizatı dayandırması ataloqu olmayan problem yaradacaq.
Vüqar
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin












