Avropa Parlamenti “Ferrari”nin təklifini səssizcə qəbul etdi - Benzinə davam

Avtomobil sənayesinin siyasətdən uzaq olduğnu düşünmək sadəlövhlük olardı. Avropa dəfərlərlə avtomobil istehsalçılarının siyasi dairələrə təsir göstərməsinə şahidlik edib. Xüsusən də ekologiya məsələsində. Elə bu dəfə də söhbət ekologiyadan gedir.
Avtosfer.az xəbər verir ki, ötən həftə Avropa Parlamenti qitədə 2035-ci ildən sonra daxili yanma mühərrikli avtomobillərin satışını qadağan etdi. Qərar KİV-də geniş şərh edildi, alqışlandı. Avropa mediası bunu solların və yaşılların sağ üzərində qələbəsi kimi xarakterizə etdi. Yanaşma doğrudur, amma ortaya başqa məqam da çıxdı.
Hər bir qanunda istisna yeri olduğu kimi, Avropa Parlamentinin də qanunu ümumi qaydadan xali deyil. Klassik latın dilində deyildiyi kimi “Lex specialis derogat legi generali”, yəni “xüsusi qanun ümuni qanunu üstələyir”. Bu dəfə xüsusi qanun, daha doğrusu 121-ci düzəliş “Ferrari”nin təklifi ilə qəbul edildiyindən elə ümumi dildə adı “Ferrari düzəlişi” oldu.
Bəs “Ferrari düzəlişi” nəyi ehtiva edir? Düzəlişə əsasən ildə min ədəddən az minik avtomobili və 1000-10000 arası minik və yüngül kommersiya avtomobili satan firmalara 2035-ci il qadağası şamil edilmir. Onlar azı 2036-cı ilədək istilik mühərrikli nəqliyyat vasitələrini istehsal edə və sata biləcəklər. Bəs konkret olaraq hansı şirkətlər istisnadan faydalana biləcək?
Statistikaya görə, 2021-ci ildə Avropa və Yaxın Şərq regionunda “Ferrari” 5 492, Avropada isə “Lamborghini” 8 405, “Aston Martin” 2 006, “Rolls-Royce” 589, “Maserati” 4 203 avtomobil sata bilib.
Ekoloqlar və solmeylli partiyalar bu dəyişikliyi sosial və iqlim baxımından ədalətsiz hesab edir.
Vüqar Yaşaroğlu
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










