Banner

Hacıqabulda qətl - Kürəkən SAXLANILDI

Hadisə 25 Noyabr 2026 14:48
Hacıqabulda qətl - Kürəkən SAXLANILDI
WhatsApp kanalımıza abunə olun

Hacıqabulda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Rəsulzadə küçəsində, qətlə yetirilən Davud Abbasovun həyətində baş verib. Cinayət ailə münaqişəsi zəminində törədilib.

İlkin məlumata görə, Asim İmanov həyat yoldaşı ilə mübahisə edib və qadın atasının evinə gedib. Asim isə bir neçə gündən sonra qayınatası ilə görüşüb, həyat yoldaşının geri qayıtmasını istəyib. Kürəkənlə qayınata arasında mübahisə yaranıb və nəticədə Asim İmanov bıçaqla qayınatasına üç bıçaq zərbəsi endirib. D.İmanov aldığı xəsarətlərdən ölüb. A.İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

***14:11
Hacıqabulda qətl hadisəsi baş verib.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri ərazində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini Asim İmanov qayınatası Davud Abbasovu bıçaqlayaraq öldürüb.

Oxunub : 254
ŞƏRH YAZ
Ad

E-mail

Şərh