Avropada avtomobil satışı 1995-ci il səviyyəsinə enib - ŞOK SƏBƏBLƏR

Avropa Avtomobil istehsalçılıarı Assosiasiyasının məlumatına görə sentyabrda qitədə 719 000 yeni avtomobil satılıb. Bu da illik əsasda 23% azalma deməkdir. Başqa sözlə, satış həcmi 1995-ci ildəki səviyyəyə enib. Avtosfer.az xəbər verir ki, 2020-ci ilin sentyabrında karantinin yumşaldılması ilə satışlar sıçrayışla artdı. Ehtiyatlar bir neçə ay ərzində tükəndikdən sonra başqa problem ortaya çıxdı: bu dəfə alıcılar sifariş etdikləri modeli vaxtında ala bilmirdilər. Səbəb yarımkeçirici (çip) qıtlığına görə istehsalın azalmasıdır. Buna görə də bazarda 2 ildən az istismar edilmiş avtomobillər yenilərdən bahadır.
Azalma əsasən böyük bazarlarda qeydə alınıb. İspaniyada ay ərzində geriləmə 15.7%, Fransada 20.5% təşkil edir. Əsas avtomobil istehsalçısı olan Almaniyada tənəzzül 25.7%-ə bərabərdir. Ən ciddi çökmə lüks avtomobilləri ilə məşhur olan İtaliyadadır – 32,7%.
Satışların azalması markalara görə dəyişir. Ay ərzində yalnız koreyalı istehsalçıların satışı yüksələn xətt üzrə gedib.
Bazarda tendensiya da dəyişib. Dizel mühərrikli avtomobillərin satışında geriləmə davam edib, hibrid modellərə maraq artıb. Ay ərzində satılmış avtomobillərin 39%-i benzin mühərrikli, 20.7%-i isə hibrid konstruksiyalı olub. Ağır yanacaqla işləyən avtomobillərin bazar payı 17.6% olub ki, bu da illik əsasda 10% geriləmə deməkdir.
Ümumilikdə il ərzində köhnə qitədə 7.5 milyon ədəd yeni avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 500 min ədəd çoxdur. İstehsalın və satışların bərpa olunması gələn payıza gözlənilir.
Vüqar
Akkumulyator sürətlə boşalır - SƏBƏB
3D printerlər antik avtomobillərin detal problemini həll edir - VİDEO
Fransızlara kələk gələn erməni avtomobil dələduzları hakim qarşısında - FOTO
Dubayın lüks avtomobil bazarı canlanır
Avtomobil kondisionerləri ilə bağlı ciddi səhv - FOTO
Elektromobilin əsas nasazlığının həlli tapıldı
Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir
Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Akkumulyatoru necə düzgün çıxarmalı? - FOTO
Radiatoru korroziyadan necə qorumaq olar? - FOTO
Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO










