Avtomobilində yazı və şəkil olan sürücülərin NƏZƏRİNƏ - FOTO/VİDEO

Son vaxtlar bəzi sürücülər nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazır, fotolar yapışdırırlar.
Belə yazılar, fotolar digər sürücülərin diqqətini cəlb edir, idarəetmədən yayındırır ki, bu da qəzalara səbəb olur.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev Oxu.Az-a bildirib ki, avtomobil yollarında bəzi sürücülərin hansısa məqsədlə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar yapışdırmaları ilə bağlı artıq tədbirlər görülür:
“Yol-patrul xidməti əməkdaşları tərəfindən bu cür nəqliyyat vasitələri dayandırılır və həmin yazıların, fotoların çıxarılması təmin edilir”.
N.Piriyev məsələ ilə bağlı sürücülərə müraciət edib:
“Nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edirik. Əks halda belə nəqliyyat vasitələri dayandırılacaq və müvafiq tədbirlər görüləcək. Bu da həm müəyyən vaxt itkisinə, həm də narahatlığınıza səbəb olacaq”.
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı














