Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin

Avtomobillərdə qısaqapanmaların yaranması elektrik sistemindəki nasazlıqlarla bağlıdır və bu, qəfil yanğınlara səbəb ola bilər. Xüsusilə naqillərin izolyasiya qatının zədələnməsi sürtünmə, yüksək temperatur və ya mexaniki təsirlər nəticəsində baş verə bilər. Belə halların qarşısını almaq üçün sürücülər müntəzəm texniki baxış keçirməli, elektrik sistemində çatlar və korroziya əlamətlərini yoxlamalıdırlar.
Azərbaycanda bu ailələrə yeni mənzillər veriləcək - ŞAD XƏBƏR
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qısaqapanmalar əsasən avtomobilin elektrik avadanlıqlarına və cihazlarına qeyri-peşəkar müdaxilələr nəticəsində baş verir.
"İstehsalçı tərəfindən tövsiyə olunmayan elektrik cihazlarının, lampaların və digər işıq avadanlıqlarının avtomobilə quraşdırılması müxtəlif problemlərə səbəb ola bilər. Bu problemlər arasında qısaqapanmalar, cihazların düzgün işləməməsi və digər elektrik xətaları yer alır. Əsas tövsiyə isə belədir ki, avtomobil istehsalçısı müəyyən cihazların quraşdırılmasını tövsiyə etməyibsə və ya bu cihazlar sənaye üsulu ilə avtomobilə inteqrasiya edilməyibsə, onları avtomobilə əlavə etmək müəyyən təhlükələr və funksional problemlər yarada bilər. Buna görə də, avtomobilin elektrik sisteminə hər hansı əlavə və ya dəyişiklik etməzdən əvvəl istehsalçının tövsiyələrinə riayət etmək vacibdir".
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtda "Hyundai" alışıb, yanğın yaxınlıqdakı maşınlara da keçib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












