Avtomobillər və ehtiyat hissələri niyə bahalaşır? – Nəqliyyat eksperti

"Avtomobillərin və ehtiyat hissələrinin bahalaşması istehsalın aşağı düşməsilə bağlıdır”. Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Azərbaycanda avtomobil və ehtiyat hissələrinin qiymətinin artmasına münasibət bildirərkən deyib. O bildirir ki, hazırda dünya avtomobil sektorunda böyük təlatümlər yaşanır: "Ümumiyyətlə, son iki ildə avtomobil istehsalında qiymət artımının baş verdiyi hiss olunur. Bu da istehsalın aşağı düşməsilə bağlıdır. Hazırda çip deyilən ötürücülər istehsalında problem yaşandığından, Yaponiya və Amerikanın nəhəng avtomobil istehsalçıları tənəzzüllə üzləşib. Bəzi şirkətlər bu fonda istehsalı 25-30, hətta yarıbayarı azaltmalı olub. Maqnezium istehsalında problem yaradıb, Çin şirkətləri onu bazara çatdıra bilmir”.

Həmsöhbətimiz deyir ki, istehsalın aşağı düşməsilə avtomobil şirkətləri zərəri ehtiyat hissələrilə kompensasiya etməyə başlayır: "Nəticədə minik avtomobillərilə yanaşı, qiymət artımı ehtiyat hissələrində də özünü göstərir. Azərbaycan kimi ölkələrə orijinal ehtiyat hissələri nadir hallarda gətirilir. Onu da ancaq rəsmi servislər həyata keçirir. Amma maraqlıdır ki, ənənəvi nəhəng şirkətlər problemlə üzləşdiyi bir dövrdə Çin avtomobilləri bütün dünyanı bürüyür. Bu da prosesdə hansısa bir oyunun getdiyini göstərir”.
Həmsöhbətimizə görə, ehtiyat hissələrinin qiymətində artımın olmasında rüsumların artması da rol oynayıb.
Qeyd edək ki, cari ilin sentyabrına olan məlumata görə, Azərbaycanda avtomobil və ehtiyat hissələrinin qiyməti nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, 2021-ci ilin 9 ayının sonlarına görə, minik avtomobillərinin orta qiyməti 36 270 manata, ehtiyat hissələri və avadanlıqlarının orta qiyməti isə 371 manata yüksəlib.
Ötən ilin sentyabrında isə bu rəqəm müvafiq olaraq avtomobillərdə 34 922 manat, ehtiyat hissələrində isə 323 manat olub. Deməli, bu il minik avtomobillərinin dəyəri 3,9 faiz, ehtiyat hissə və avadanlıqların qiyməti isə 15 faiz artıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










