Az yanacaqla maşın sürməyin riski - FOTO

Bəzi sürücülər özlərinin də etiraf etdikləri kimi 5-6 litr yanacaqla maşın sürməyə vərdiş ediblər. 5, hətta 3 manatlıq yanacaq alan sürücülərə çox rast gəlinir. Bəs belə az həcmdə yanacaqla maşın sürmək mühərrikə problem yaradırmı?
Avtosfer.az xarici saytlara istinadla xəbər verir ki, az yanacaql maşın sürmək risklidir. Yanacaq az olduqda nasos daha böyük sürətlə işləyərək qızır və tez sıradan çıxır. Üstəgəl, böyük dövrdə işləyən nasos yanacaq sərfiyyatını da artırır. Kəskin temperatur dəyişikliyi yanacaq çəninin daxili divarlarında kondensat yaranması ilə nəticələnir ki, bu da mühərrikə ziyandır.
Azərbaycandakı avtomobillərin çoxunun köhnə olduğunu nəzərə alaraq qeyd etməliyik ki, çən uzun müddət tam dolmayanda korroziya sürətlənir və bak sıradan çıxır. Eyni zamanda uzun müddət çəndə toplanan çöküntülər yaxşı halda yanacaq filtrini, pis halda isə nasosu və injektor sistemini sıradan çıxarır.
Bakıda yolların çoxu yoxuş olduğuna görə bəzən mühərrik arzuolunmaz yerdə sönə də bilər. Əgər nasosa yanacaq çatmırsa və ya sistemə hava düşübsə mühərriki işə salmaq mümkün olmayacaq. Sürücüyə qalan isə siqnal (oxu: söyüş) səsləri olacaq. Kola qabındakı ehtiyat yanacaq müasir avtomobillərdə kara gəlməyəcək.
Uzun sözün qısası, yanacağa az pul vermək qənaət deyil. Tam əksinə, sürücünün gələcək xərcləri tezləşir və artır.
Vüqar Yaşaroğlu
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?













