Az yanacaqla sürməyin zərəri - FOTO

Bir dəfə rayonların birində taksi sürücüsü bildirdi ki, gündə 3 dəfə yanacaq doldurur, hər dəfə 5 manatlıq yanacaq alır.
Bunə üçün bir dəfəyə 15 manatlıq yanacaq almadığını soruşduqda isə cavab belə oldu: “bu qədər pul verməyə əlim gəlmir”.
Bu sürücünün istifadə etdiyi avtomobil köhnə VAZ-2106 idi. Sovet avtomobilində yanacağın az olması uzaqbaşı sürücünü yoxuşda qoyacaq. Müasir avtomobillərdə isə vəziyyət fərqlidir.
Avtosfer.az xəbər verir ki, yanacğın az olması müasir avtomobillər üçün təhlükəlidir. Yanacağın indikatorunun yanmasına vərdiş etmiş sürücülər mühərriki tədriclə dağıdırlar. Az yanacağın təhlükəsi nədən ibarətdir?
Yanacaq az olduqda çəndə təzyiq azaldığı üçün nasos daha sürətlə işləməyə məcbur olur. Bu da həm sərfiyyatın artmasına, həm də nasosun özünün qızmasına səbəb olur.
Yanacağn bol olması həm də nasosu soyudaraq ömrünü artırır.
Digər tərəfdən, yanacaq azaldığı vaxt çənin dibindəki çöküntülər sorularaq filtrə, injektora, yüksək təzyiqli nasosa daxil olaraq onları sıradan çıxarır. Bu da bahalı təmirlə nəticələnir. Məsələn, 1 forsunkanın dəyişdirilməsi üçün sürücünün azı 1 gün vaxtı gedir.
Əlbəttə, bir dəfə az yanacaqla sürmək risk yaratmır. Lakin bu, vərdiş halını aldıqda təhlükəyə çevrilir.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur













