Magistral yollara fosforlu boyalar vurulsun - TƏKLİF

Magistral yollara tərkibində fosfor olan boyaların vurulması təklif olunur.
Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, son illər magistral yollara tərəzilər quraşdırılsa da, bu proses bitənədək ağırtonnajlı maşınlar həmin yolları sıradan çıxarıb, xüsusilə Gəncə-Bakı yolunda artıq sağ zolaqla hərəkət etmək mümkün deyil:
"Gecə saatlarında yağışlı hava olduğu üçün yolu görmək mümkün deyil və orada ciddi maneələr var. Düşünürəm ki, bu maneələrin qarşısını qısa zamanda almalıyıq, əks təqdirdə, yağışlı havalarda və gecə saatlarında qəzaların sayı çox ola bilər. İlk növbədə magistral yollara mütləq şəkildə tərkibində fosfor olan boyalar vurulmalıdır. Ən azından onun işıltısı ilə qaranlıqda və yağışlı havada hərəkət etmək mümkün olsun. Nəzərə alaq ki, magistral yolları tam şəkildə işıqlandırmaq böyük vəsait tələb edir. İkinci bir maneə və qəzanın səbəbi yolu iki hissəyə bölən beton bölgülər layihəsi icra olunanda dönüş üçün yerlər qoyulmadı, layihə başa çatdıqdan sonra AAYDA bu dönüşləri çox təhlükəli şəkildə bir neçə yerdə açdı. Orada bordürlardan istifadə edərək yola müdaxilə etməli oldu, avtomobil gecə saatlarında və yağışlı havada bu döngələrə yaxınlaşdıqda o maneəni görə bilmir".
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












