“Azərbaycan ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...” - Başbuğ

Türkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ "Yeni Şafak” qəzetinə müsahibəsində Azərbaycan ordusunun Qarabağda döyüş əməliyyatlarını şərh edib. Onun sözlərinə görə, Azərbaycan ordusu həm əməliyyatın planlaşdırılması, həm icra edilməsi mərhələsini çox uğurlu şəkildə həyata keçirir.
Başbuğ qeyd edib ki, Dağlıq Qarabağ kimi mürəkkəb coğrafi şəraitə malik bölgədə dünyanın azsaylı orduları döyüş əməliyyatları apara bilər. "Bu cür mürəkkəb, çətin əməliyyatdan əvvəl qərargah zabitlərinin ərazini çox ciddi təhlil etməsi lazım idi. Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir. Çünki şüursuzcasına hərəkət edilsəydi xaos, qəza və ciddi itkilər olardı. Azərbaycanı həqiqətən təbrik etmək lazımdır. Oradan gələn qardaşlarımıza verdiyimiz təlimlərlə hərbi ruhun yüksəldiyini görürük”,-Coşkun Başbuğ belə deyib.

O vurğulayıb ki, Azərbaycan ordusu 5 istiqamətdən hərəkətə keçib. Cənubda Cəbrayılın azad edilməsi, şimalda irəliləməsi qazanılan ilk ciddi uğurlardır. Başbuğ hərbi əməliyyatların nə qədər davam edəcəyi barədə danışarkən bu cür müharibələrdə vaxt müəyyən etməyin düzgün olmadığını bildirib. "Doktrina baxımından vaxt müəyyən etmək düzgün deyil. Müddətə təsir edən bir çox amillər var. İqlim amili, coğrafi şərtlər, yeni fövqəladə situasiyaların meydana çıxması kimi. Azərbaycan ordusu çox qısa müddətdə bu cür böyük uğur əldə edə bildi. Bundan sonrakı mərhələdə proses daha sürətlə gedəcək. Ermənistan orduus ən böyük müqaviməti birinci müdafiə xəttində göstərdi. Bu xətt qırıldıqdan və müəyyən mərhələ keçildikdən sonra arxası corab sökülməsi kimi asan gedəcək”,-ekspert bildirib.
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO











