Azərbaycana avtomobil idxalı sürətlə ARTIR

2021-ci ilin yanvar-sentyabr ayları ərzində (9 ayda) xarici ölkələrdən Azərbaycana 659 milyon 508 dollar dəyərində 64 min 954 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal edilib.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin 9 ayı ilə müqayisədə 26 min 322 ədəd və ya 68,1 % çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 462 milyon 654 min dollar dəyərində 38 min 632 ədəd avtomobil idxal edilmişdi.
Bu ilin 9 ayında təkcə minik avtomobillərinin idxalı60 min 578 ədəd təşkil edib (ötən ilin 9 ayında 36 min 36 ədəd təşkil etmişdi).
2021-ci ilin sentyabr ayında Azərbaycana 8 min 593 ədəd avtomobil idxal edilib. Həmçinin bu ilin yanvarında 4 min 642 ədəd, fevralında 4 min 795 ədəd, martında 6 min 102 ədəd, aprelində 8 min 315 ədəd, mayında 7 min 366 ədəd, iyunayında 8 min 423 min ədəd, iyul ayında 7 min 731 ədəd, avqust ayında 8 min 987 ədəd avtomobil idxal edilib.
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












