Azərbaycanda avtomobil parkı niyə köhnəlir? - Hər 100 maşından ...

Azərbaycanda 2021-ci ilin nəticələrinə əsasən minik avtomobillərinin 80 faizindən çoxu köhnədir (istehsalından 10 il ötən avtomobillər). Acınacaqlı fakt ondan ibarətdir ki, köhnə avtomobillərin sayı və xüsusi çəkisi hər il azalmaq əvəzinə, bir qədər də artır. Köhnə avtomobillərin sayının artması isə atmosferə daha çox zərərli maddələrin atılmasına səbəb olur.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ildə minik avtomobillərinin sayı 84,7 mindən çox artaraq 1,35 milyon ədədə çatıb. Avtomobillərin 1,082 milyon ədədinin istehsal tarixi 10 il və daha çoxdur. Belə avtomobillərin sayı bir ildə 89 min ədəd artıb.
2018-ci illə müqayisə etdikdə görürük ki, köhnə minik avtomobillərinin sayı və xüsusi çəkisi xeyli artıb. Dörd il əvvəl hər 100 avtomobilin 76-sı köhnə idi, eyni zamanda köhnə olan avtomobillərin sayı 186 min ədəd az idi.
Köhnə minik avtomobillərinin sayının artması onunla izah edilir ki, ölkəmizə idxal edilən avtomobillərin çox hissəsinin istehsal tarixi 10 ildən çoxdur, həmçinin ili olduqca köhnə olan avtomobillərin əksəriyyəti dövriyyədən çıxarılmır. Bu vəziyyətdə Azərbaycanda avtomobil parkının köhnəlməsi davam edir.
Statistikaya əsasən eyni vəziyyət avtobus və yük avtomobilləri parkında da müşahidə olunur.
Avtobusların 86 faizi, yük avtomillərinin 90 faizi köhnədir.
Minik avtomobilləri ilə avtobusların köhnə olması ekologiyaya daha çox zərər verir. Çünki bu nəqliyyat vasitələri daha çox istifadə olunur. Rəsmi məlumatlara əsasən, 2019-cu ildə avtomobillərdən atmosfer havasına 945,2 min ton çirkləndirici maddə atılıb. Bu, atmosfer havasına atılan cəmi zərərli maddələrin 84 faizindən çoxunu təşkil edir.
Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə gələcəkdə köhnə avtomobillərin sayı, xüsusi çəkisində artım davam edəcək və buna görə də atmosferə atılan zərərli maddələr bir qədər də artacaq.
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR










