Azərbaycanda avtomobillərin qiyməti ucuzlaşacaq - FOTO

"Təbii ki, əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir. Eyni zamanda, Vergi Məcəlləsinə ediləcək bu dəyişiklik idxal olunan avtomobillərlə müqayisədə yerli avtomobillərin rəqabət imkanlarını gücləndirəcək".
Bunu Publika.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 18-də keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişiklik müzakirə edilib. Belə ki, yeni dəyişikliyə əsasən, 2023-cü il may ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan avtomobillərin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunub.
Vüqar Bayramov bildirib ki, sözügedən dəyişiklik yerli istehsal olan avtomobillərin qiymətlərində azalmalarla müşaiyət olunacaq.

"Məsələn, "Xəzər" avtomobil zavodu yerli avtomobillərin istehsalını genişləndirir. Həmçinin, hazırda Özbəkistanla yeni model avtomobillərin istehsalı ilə bağlı müzakirələr gedir. Odur ki, bu addım birmənalı şəkildə yerli avtomobil istehsalının dövlət tərəfindən daha yaxından dəstəklənməsi kimi qiymətləndirilməlidir", - iqtisadçı əlavə edib.
Məsələyə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da münasibət bildirib:
"Bildiyiniz kimi, cari ilin mart ayının 29-da Nazirlər Kabinetinin 94 saylı qərarı ilə Azərbaycana yaşı 10 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyuldu və həmin qərarda qeyd edilmişdi ki, bu, ölkəmizdə avtomobil istehsalına təkan verəcək. Qeyd etmək lazımdır ki, Azərbaycanda son illərdə yerli avtomobil istehsalının şaxələndirilməsi istiqamətində mühüm işlər görülür. Bu günə qədər ölkəmizdə il ərzində təqribən 2 min minik avtomobili istehsal olunurdu və demək olar, onların hamısı da satılırdı. Amma bu say Azərbaycan avtomobil bazarına hər hansısa bir formada təsir göstərə bilmir. Çünki ölkəmizdə avtomobillərə olan illik tələb təxminən 60 mindir".

Eldəniz Cəfərov Vergi Məcəlləsinə ediləcək yeni dəyişikliyin ölkəmizin ixrac imkanlarının genişlənməsinə səbəb olacağını da vurğulayıb: "İldə ən azı 10 min avtomobil istehsal olunsa, yerli avtomobil bazarında ciddi inkişaf müşahidə ediləcək. Bunun üçün ölkəmizdə əlverişli şərait də mövcuddur. Avtomobillərin qiymətləri Avropa standartlarına uyğun olsa, qeyd edilən sahədə milli brendlərimizin xarici bazarlara yol tapması ehtimalı da çoxalar".
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










