Azərbaycanda nə qədər avtomobil var? - SON RƏQƏMLƏR

2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda 1 milyon 738 min 940 ədəd avtomobil var.
Avtosfer.az xəbər verir ki, son bir ildə avtomobillərin sayı 93,7 min ədəd artıb. Bu sayın artması daha çox minik avtomobillərinin hesabına baş verib. Minik avtomobillərinin sayı ilk dəfə olaraq 1,5 milyon ədədi keçib.
Bir il əvvəl 1,42 milyon olan minik avtomobil sayı bu ilin əvvəlində 1,502 milyon ədədə yüksəlib. Bu sayın 1,42 milyonu şəxsi avtomobilərdən ibarətdir.
Azərbaycanda yük avtomobillərinin də sayı xeyli artıb. Bir il əvvəl sayı 168,7 min olduğu halda, bu ilin əvvəlində avtomobil sayı 177,6 minə yüksəlib.
Ölkəmizdə 31,46 min ədəd avtobus var. Bir il ərzində avtobusların sayı 248 ədəd artıb.
Bundan başqa ölkəmizdə 14,24 minə yaxın xüsusi təyinatlı avtomobil də var. Bir ildə xüsusi təyinatlı avtomobillərin sayı 1,14 ədəd artıb. Digər növ avtomobillərin sayı isə 13,66 min ədəddir.
Son göstəriciləri də nəzərə aldıqda, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən avtomobil sayı 148 ədəd olub. Hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə 61-dir. /sfera.az/
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI












