Azərbaycanın avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərc açıqlandı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 65,428 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
Avtosfer.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.
Təkcə sentyabrda Türkiyə Azərbaycana 7,023 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,2 % azdır.
9 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % artaraq 30 milyard 205 milyon ABŞ dollarına, sentyabrda isə 7,7 % artaraq 3,661 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 4 milyard 944,121 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 37,8 % çox), Fransa 3 milyard 436,283 milyon ABŞ dolları (+16,1 %) və Böyük Britaniya 3 milyard 096,871 milyon ABŞ dolları (- 2,4 % az) dəyərində həyata keçirib.(report)
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












