SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib

SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
Avtosfer.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimali-şərqində yerləşən və bölgənin iqtisadi və turizm potensialına malik olan Neamt rayonunun Horia şəhərində açılıb.
"SOCAR" brendi altında istifadəyə verilən yeni yanacaqdoldurma məntəqəsi Neamt rayonunda sayca 7-ci məntəqədir.
Hər bir "SOCAR" brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi, bu məntəqə də müasir xidmət infrastrukturu ilə təchiz olunub, müştərilərə benzin və dizel yanacaqları ilə yanaşı müxtəlif əlavə xidmətlər də təqdim edilir.
"Made in Azerbaijan" brendinin təbliği istiqamətində görülən işlər çərçivəsində məntəqə ərazisindəki "Nar" kafedə Azərbaycan guşəsi yaradılıb və burada yerli və ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilir.
Yeni YDM-lərin istifadəyə verilməsi SOCAR-ın Rumıniya bazarındakı pərakəndə satış sektorunda mövqelərinin gücləndirilməsi və fəaliyyət coğrafiyasının genişləndirilməsi istiqamətində həyata keçirdiyi strategiyanın mühüm tərkib hissəsidir.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2025-ci ildə 3.9 milyard lei (təqribən 750 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 9.7% çoxdur. Hazırda şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78.4 milyon avro) həcmində investisiya yatırıb.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












