Qəbiristanlıqdan 10 minlik mərmər aksesuarlar oğurlandı - FOTOLAR

Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. Lakin sakinlər bildirirlər ki, hələlik məsələnin araşdırılması ilə bağlı hər hansı nəticə əldə olunmayıb.
Kənd sakinləri oğurlanan mərmər aksesuarların ümumi dəyərinin 10 min manatdan çox olduğunu iddia edirlər. Onları narahat edən əsas məqam isə oğurluq edən şəxslərin yenidən qəbiristanlığa qayıdaraq digər məzarlara da ziyan vura bilməsi ehtimalıdır.






Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO
Bakıda avtobus qəza törətdi: Ölən var
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı - DSX-dən ƏMƏLİYYAT - VİDEO
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı












