Azərbaycanın zəfərə aparan haqq savaşında “sehirli mərmi”lər - VİDEOREPORTAJ

Qarabağ uğrunda Azərbaycanın haqq savaşında ordumuz həm psixoloji, həm də hərbi-texniki cəhətdən Ermənistandan qat-qat üstün olduğunu sübut etdi.
Bir çoxları bu qalibiyyəti PUA-ların hesabına qazandığımızı dedi. Rusiyanın “Vedomosti” qəzeti yazdı ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatları Suriya və Liviyadan sonra Qarabağda uğura imza atdı.
PUA-ların gücündən bəhs edən ABŞ-ın “Forbes” jurnalı isə Türkiyə istehsalı PUA-ları “sehirli mərmi” adlandırdı. Yunanıstan mediası təşviş içində yazdı ki, bu PUA-ların gücü nə vaxtsa onların da başında çatlaya bilər. Hətta gələcək üçün hökumətdən tədbirli olmaq tələb olundu.
Şübhəsizdir ki, Azərbaycanın gücü təkcə texnikada deyil. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər bunun əyani sübutudur. Fransanın “Le Monde” qəzetinin bununla bağlı yazdığı məqaləni, yəqin ki, hər kəs xatırlayır.
Belə ki, qəzetin Xankəndində olan jurnalisti bildirirdi ki, Şuşadan gələn yaralılar, əsasən, güllə və bıçaq xəsarəti alanlar idi. Özü də avtomat və ya karabin yox, tapança güllələri yaraları.
Bu, o deməkdir ki, Şuşa şəhəri əlbəyaxa döyüşlərlə düşmən tapdağından azad olunub.
Daha ətraflı Baku TV-nin videosüjetində:
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












