“Azərbaycanlı əsgər mənə qardaş dedi” - Erməni əsir - VİDEO
Avtoxəbər
2 Noyabr 2020 12:35

Oktyabrın 22-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir qrup erməni əsgər CBC telekanalına müsahibə verib. Erməni əsirlər müsahibələrində Azərbaycan əsgərlərinin yüksək humanizminə diqqət çəkib və belə bir davranışın onlar üçün gözlənilməz olduğunu vurğulayıblar.
10 günə yaxın bunkerdə gizlənən erməni əsirlərdən biri isə əsir götürülmə anlarını danışıb: “Biz bunkerdə idik. Ayın 22-si azərbaycanlılar gəldilər. Nəsə axtarırdılar. Aralarında birdən kimsə bunkeri açmağa qərar verdi. Bu bina birmərtəbəli idi və aşağısında zirzəmi olacağını təsəvvür etmək çətin idi. Ancaq onlardan kimsə açmağa çalışanda mən “qapını açma” deyə qışqırdım. O əvvəl başa düşmədi, çünki artıq 10 gün idi ki, burada idilər və onlardan başqa heç kimsə yox idi. Mən dedim ki, qapını açma, yoxsa atəş açaram. Sonra başqa qapını açmaq istədilər. Mən yenə qışqırdım ki, heç bir qapını açmayın və bir dənə güllə atdım. Sonra qumbara atdılar, şükür ki, qəlpələrin çox hissəsi özümə dəydi, mən düşündüm artıq bu qədər, bu, sondur.
Tez telefonumu çıxarıb sındırdım, yoldaşımı tapıb zəng eləməsinlər, onunla şəklim var idi. Erməni əsir bildirib ki, qışqıraraq azərbaycanlı əsgərdən "Burada kimsə rusca başa düşür?" deyə soruşub. Onlardan biri cavab verdi ki "Bəli, başa düşürəm".
- Səndən əsl dürüst əsgər kimi bir şey istəyə bilərəm?
- Buyur.
- Bizi öldürdükdən sonra cəsədlərimizi Ermənistana göndərə bilərsən? Qoy valideynlərimiz bizi dəfn edə bilsin. Sənin də anan var, nə istədiyimi başa düşürsən.
- Qardaş, heç kim səni öldürmək istəmir, çıx. Qardaş, sən inanmırsan ki, mən səni öldürməyəcəyəm?
- Yox əlbəttə, bir az əvvəl qumbara atmışdınız.
Əsir bildirib ki, həmin an azərbaycanlı əsgər ona yaxınlaşmağa başlayıb: "Dedi ki, bax daha da yaxın gəlirəm. Bronjiletsiz gəldi, silahı yerə qoydu. Dedi ki, bax sənin qarşındayam istəyirsən öldür məni, mən sənə güvənirəm. Mən silahı ona tuşlamışdım və yerim çox rahat idi. "Öldürmürsənsə mənə güvən, ayağa qalx danışaq" dedi.
Belə bir şeyi ancaq yüksək cəsarət və hünərə sahib biri edə bilər. Daha sonra o məndən siqaret çəkdiyimi soruşdu və mənə iki siqaret verdi”.
Oxunub : 4714
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 20:27
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
28 Noyabr 2026 17:53
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
27 Noyabr 2026 21:54
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
27 Noyabr 2026 14:06
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
26 Noyabr 2026 20:51
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
26 Noyabr 2026 17:54
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
26 Noyabr 2026 16:09
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
26 Noyabr 2026 14:00
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
26 Noyabr 2026 13:18
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
24 Noyabr 2026 09:18
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
23 Noyabr 2026 23:11
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
ŞƏRH YAZ












