Bahalı nömrələr hərraca çıxarılır - SİYAHI və QİYMƏTLƏR

Dubayın Yol və Nəqliyyat İdarəsi premium sinfinə aid 90 ədəd avtomobil nömrə nişanını hərraca çıxarır. Hərracın sentyabrın 2-də başlayacağı gözlənilir.
Ənənəvi olaraq, bu hərraclarda kolleksiyaçılar və investorlar iştirak edirlər.
Sayca 113-cü olacaq hərracda seçmə iki, üç, dörd və beşrəqəmli, o cümlədən АА70, Y96, Z43, S888, W22222, X7777, Х300 və W10000 kimi nömrələr təqdim ediləcək. Dubaydakı “InterContinental Festival City” otelində keçiriləcək hərracda iştirak üçün qeydiyyat avqustun 28-də başlanacaq.
Aprel ayında avtomobil nömrə nişanlarının hərracı Dubayda böyük ajiotaj əmələ gətirmişdi, hətta teleqram messencerinin yaradıcısı Pavel Durov orada iştirak etmişdi. Hərracdan 100 milyon dirhəm (27 milyon dollar) gəlir əldə edilmişdi. Vəsait dünyada ən iri ərzaq fondu hesab edilən “One Billion Meals”ə (“Bir milyard porsiya yemək”) yönəldilib.
Əsl mübarizə rekord qiymətə - 55 milyon dirhəmə (15 milyon dollar) satılan P7 avtomobil nişanı uğrunda gedib. Bir çox KİV-lərin məlumatına görə, Pavel Durov lot üçün 9,5 milyon dollar təklif edib. Yekunda 2008-ci ilin rekordu yenilənib. Ovaxtkı hərracda 1 nişanı 52,2 milyon dirhəmə (14,2 milyon dollar) əldə olunmuşdu.
AA22 nömrə nişanı ikinci ən bahalı lot olub – o, yeni sahibinə 8,4 milyon dirhəmə (2,3 milyon dollar) başa gəlib. AA19 nömrə nişanı isə 4,9 milyon dirhəmə (1,34 milyon dollar) əldə olunub. Ən bahalı telefon nömrəsi isə 2,3 milyon dirhəmə satılan 971548888888 nömrəsi olub. (lent.az)
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










