Bu yollarda sürət həddi endiriləcək - BNA təkliflər hazırlayıb
Avtoxəbər
19 May 2021 13:00

Bakı Nəqliyyat Agentliyi hərəkətin təhlükəsizliyi üçün təkliflər hazırlayıb - bəzi yollarda yüksək olan sürət həddi endiriləcək. Bu barədə Avtosfer.az qurumdan bildirilib. əlumatda deyilir ki, paytaxtda yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması daim dövlətin diqqətindədir. Məqsəd yol-nəqliyyat hadisələrinin sayının minimuma endirməklə vətəndaşların rahatlığı və sağlamlığının qorunmasıdır. Dövlətin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb.
Təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib.
Məlumat üçün bildiririk ki, qeyd edilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaq.
Nərmin
Oxunub : 8330
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
12 Oktyabr 2026 15:36
Azərbaycanda avtomobillər bahalaşdı
11 Oktyabr 2026 19:47
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
10 Oktyabr 2026 13:45
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
9 Oktyabr 2026 21:12
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
9 Oktyabr 2026 15:26
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
ŞƏRH YAZ












