Bakıda elektrik doldurmaq üçün nəzərdə tutulan yerləri başqa sürücülər zəbt edir - FOTOLAR

Son zamanlar paytaxt ərazisində elektormobillərə maraq artıb. Avtosfer.az xəbər verir ki, bu həm bu tip maşınların ölkəyə gətirilməsində rüsumlardan azad olunması, eyni zamanda təbliğatın nəticəsidir. Sürücüləri narahat edən məsələlərdən biri də elektomobillər üçün enerjidoldurma məntəqələrinin azlığıdır. Lakin artıq şəhərdə bir sıra nöqtələrdə buna rast gəlirik.
İlk iki foto “Baku Mall”un qarşısında çəkilib. Amma yolun kənarında saxlanılan maşınlar elektrik avtomobillərinə enerji doldurucu aparatdan istifadə etməyə imkan vermir.
İkinci foto isə Ceyhun Hacıbəyli küçəsində çəkilib. Burada isə elektromobillərin enerji doldurucu aparatdan rahat istifadəsi üçün digər maşınların park edilməsinin qarşısı alınıb.
Bəs, ümumiyyətlə, elektrik avtomobilləri üçün enerji doldurucu aparatlar səkilərdə quraşdırıla bilərmi?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, elektrik doldurmaq üçün qurğular parkinqlərdə, eləcə də böyük ticarət mərkəzlərinin ərazisində, həmçinin yanacaqdoldurma məntəqələrində quraşdırıla bilər. “Bu da insanlar üçün elektrik avtomobillərin rahat şəkildə sarj olunmasında faydalı olmasına hesablanır. Daha geniş mənada götürsək, elektrik avtomobillərə marağı artırmaq üçün çox yerlərdə bu cür qurğular quraşdırmaq olar. Hətta bəzi ölkələrdə elektrik maşınlar üçün nəzərdə tutulan akkumulyatorlar ticarət mərkəzlərinin qarşısında açıq vitrinə düzülür. Sürücülər ora yaxınlaşıb boş və yaz boşalmaq üzrə olan akkumulyatoru vitrinə qoyub dolusunu götürə bilirlər. Bununla da elektrik avtomobillərə maraq daha da artır, insanlar görür ki, benzin və ya dizellə işləyən avtomobilə yalnız yanacaqdoldurma məntəqəsində yanacaq doldurmaq mümkündürsə elektrik maşınlar üçün bu imkan daha genişdir. O ki qaldı başqa sürücülərin elektrik doldurma nöqtələrində parklanma qaydalarını pozmasına, gələcəkdə qanunla bu yerlərdə də maşın saxlamağa görə cərimə yazılması təmin edilsə, bəzi sürücülər sözün həqiqi mənasında ağıllanacaqlar.”
Orxan Əli
Avtomobil kondisionerləri ilə bağlı ciddi səhv - FOTO
Elektromobilin əsas nasazlığının həlli tapıldı
Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir
Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Akkumulyatoru necə düzgün çıxarmalı? - FOTO
Radiatoru korroziyadan necə qorumaq olar? - FOTO
Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO
Avtomobil bazarı saxta detalların əsirinə çevrilib? – ""Zirzəmi malları"orijinal adı ilə satılır"
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır - FOTO
"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?
Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR - VİDEO













