Bakıda sürücü ona yol verməyən şəxsi yolda tutub BIÇAQLADI

Avtoxəbər 18 Oktyabr 2021 13:27 Oxunub 6202
Bakıda sürücü ona yol verməyən şəxsi yolda tutub BIÇAQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən ilin dekabrında Bakı şəhər Nərimanov rayonu ərazisində törədilmiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. Avtosfer.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Nurlan Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə açılmış iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan prosesdə maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, hadisəni törədən Nurlan və bıçaqlanan Pərvin adlı şəxs ikisi də sürücüdür və yolda hərəkətdə olarkən baş vermiş kiçik anlaşılmazlığa görə qanlı hadisə baş verib. Belə ki, 12 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Nərimanov rayonunda “Modern” liseyin yaxınlığındakı işıqforun qarşısında Nurlan idarə etdiyi “Mersedes Benz” markalı 99 UA-034 nömrə nişanla avtomobillə hərəkətdə olarkən, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxs idarə etdiyi Mersedes Benz” markalı 90-BS-383 nömrə nişanlı avtomobillə işıqfordan keçməsinə mane olmasını cüzi səbəb gətirərək yolun hərəkət hissəsində avtomobilin qarşısını kəsib. Bundan sonra o, maşndan düşərək digər atomobilin sürücüsünün üstünə gedib.

Bıçaqlanan Pərvin Quliyev ifadəsində bildirib ki, hadisə yolda baş vermiş xırda hadisəyə görə baş verib: “Hadisə günü iş yoldaşım Vurğunla birlikdə işdən çıxmışdım və özümə məxsus avtomobillə Keşlə bazarı istiqamətində hərəkət edirdim. “Modern” iseyə yaxınlaşan zaman işıqforun qırmızı işığı yandı və avtomobili işıqforda saxladım, yolun sağ tərəfi ilə hərəkət edirdim. Sarı işıq yandıqda arxa tərəfdə tanımadığım Mersedes markalı avtomobilin sürücüsü dayanmadan siqnal verməyə başladı. Yaşıl işıq yandıqda o hərəkət etməyə başladı və əlimi pəncərədən çölə çıxarıb arxada olan həmin “Mersedes” markalı avtomobilin sürücüsünə ötüb keçməsi üçün işarə etdim. O ötüb keçdi və avtomobili yolun sağında saxladı və mənə avtomobili saxlamağın üçün işarə etdi. Mən də onun avtomobilinin qarşısında saxladım və Vurğunla birlikdə avtomobildən düşdüm. Bizdən sonra “Mersedes” markalı avtomobilin sürücüsü Nurlan da yerə düşdü və bizə doğru gəlməyə başladı. O, bizim yanımıza çatdıqda onu nə üçün söydüyümü soruşanda, ona qarşı heç bir nalayiq söz demədiyimi bildirdim və ona dedim ki, sən uşaqsan heç vaxt sənə söyüş söymərəm. Ancaq o, mənim dediklərimlə qane olmadı və məni təhqir etməyə başladı. Bundan sonra dava-dalaş yarandı, əlbəyaxa olduq, hər ikimiz yerə yıxıldıq. Vurğun da bizi sakitləşdirməyə çalışırdı, ancaq sonradan o, Nurlanın əlində bıçaq olduğunu gördüyü üçün qorxdu. Nurlanla bizi hərbi geyimdə olan tanımadığım bir şəxs ayırmağa çalışdı və Nurlanın əlində olan bıçağı onun əlindən aldı. Bundan sonra Nurlan ayağa qalxıb qaça-qaça öz avtomobilinə tərəf getdi. Mən onun qaçıb gedəcəyini düşündüm, ancaq o, avtomobilində olan digər bıçağı götürüb mənim üstümə gəldi. Mən özümü itirdim və Nurlan əlindəki bıçaqla qarın nahiyəmdən bir dəfə vurdu, əlimlə bıçağı tutduğu üçün bıçaq əlimə də xəsarət yetirdi. Daha sonra Nurlan qaçaraq avtomobilinə əyləşdi və oradan uzaqlaşdı”.

Məhkəmədə təqsirləndirilən şəxs də oxşar məzmunda ifadə verib. O da məlum olub ki, tərəflər artıq barışıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Publika.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh