Bakıya hücum etməklə təhdid edən ermənidən acı etiraf - Nəvəmə nə deyəcəm?

Vətən Müharibəsindən öncə Azərbaycanı təhdid edən, işğalçı ambisiyasını ortaya qoyan və Bakının belə işğal ediləcəyi ilə bağlı sərsəm açıqlamalar verən Birinci Qarabağ müharibəsinin iştirakçısı, "Ermənistanın Milli Qvardiyası" ictimai təşkilatının rəhbəri, rejissor Arşak Zakaryan aciz duruma düşüb.
Avtosfer.az xəbər verir ki, Arşak Zakaryan keçirdiyi mətbuat konfrasında bir vaxtlar babası kimi özünün də qorxub qaçdığını etiraf edib:
"Uşaqlıqda mən babamla Aniyə (Ermənilərin iddiasında olduqları Türkiyə ərazisi - red.) baxmağa gedərdik. O, mənə deyirdi ki, "böyüyəcəksən, Anini geri alacaqsan". Mən də onu qınayırdım ki, niyə Anidən qaçmısan? Qorxuram ki, mən də nəvəmə Qarabağı göstərəndə və uşaqlığımın bu ərazilərdə keçdiyini danışanda o da eyni şeyi mənə deyəcək".
Qeyd edək ki, Arşak Zakaryanın Azərbaycanın tarixi ərazisi olan Kəlbəcərdə müəyyən biznesi olub. Arşak Zakaryan aprel döyüşləri zamanı video çəkərək Azərbaycanı hədələyərək bir də müharibəyə başlayacağı təqdirdə erməni ordusunun Bakıyadək gəlib çıxacağını bildirmişdi. (ölkə.az)
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












